Ərəb mediası ABŞ-ın gizli şəkildə Suriyada, xüsusən də ölkənin neft və qaz yataqları yaxınlığında yeni bazalar yaratmağa çalışdığını bildirib.
Az.rasthaber.com xəbər verir ki, Almaalomah xəbər saytına danışan mənbələr ABŞ ordusunun Suriya torpaqlarında gizli şəkildə üç yeni baza tikmə prosesinə başladığını açıqlayıb.
Hesabatda ABŞ bazalarının Həsəkə, Deyr əz-Zor və Tənf bölgələrində qurulacağı bildirilib.
Mənbə, “Hələlik bazaların müvəqqəti və ya daimi olacağı məlum deyil, lakin bazalardan birində böyük uçuş-enmə zolağı tikilir” dedi.
Hazırda ABŞ-ın Suriyada təxminən 2000 əsgəri var. Bu qoşunların əksəriyyəti ölkənin şimal-şərqində yerləşdirilib.