BMT: Son iki gündə Qəzzada ərzaq paylama mərkəzlərində 100-dən çox insan həlak olub

BMT: Son iki gündə Qəzzada ərzaq paylama mərkəzlərində 100-dən çox insan həlak olub

Son iki gündə Qəzzada ərzaq paylama mərkəzlərində 100-dən çox insan həlak olub.

Az.rasthaber.com xəbər verir ki, BMT Baş katibinin müavini və təşkilatın sözçüsü Fərhan Haq yerli vaxtla cümə günü jurnalistlərə açıqlamasında bildirib: “BMT-nin Humanitar İşlərin Koordinasiyası Ofisi (OCHA) Qəzzə ilə bağlı hesabatlara istinad edərək bildirir ki, insanların çoxu hələ də ərzaq axtarışı zamanı öldürülür və ya yaralanır. İnsan hüquqları sahəsində çalışan həmkarlarımızın məlumatına görə, təkcə son iki gün ərzində 100-dən çox insan ərzaq karvanlarının keçdiyi marşrutlarda və ya İsrailin hərbi paylama mərkəzlərinin yaxınlığında həlak olub, yüzlərlə insan isə yaralanıb.”

Fərhan Haq əlavə edib ki, OCHA-nın mövqeyi birmənalıdır: heç bir insan qida tapmaq naminə həyatını riskə atmamalıdır. Mülki əhali hər zaman qorunmalı, ilkin humanitar yardımın genişmiqyaslı çatdırılması asanlaşdırılmalı və qarşısı alınmamalıdır.

Xəbəri paylaş

VİDEOLAR