Livanda yaşayan britaniyalı jurnalist Ceyk Qrin hesab edir ki, ABŞ İsraili xilas etmək üçün birbaşa müharibəyə girdi. Çünki İranın cavabı onların gözlədiklərindən çox-çox güclü idi və ABŞ məcbur oldu ki, İsraili xilas etmək üçün işə qarışsın.
Az.rasthaber.com xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən jurnalistlər, “Medianın hədəfə alınması terrorunun qınanması” adlı tədbirdə iştirak etmək və 12 günlük müharibə zamanı sionist rejimin hücum etdiyi yerləri ziyarət etmək üçün, 16 iyul tarixindən etibarən “Sübh” Media Mərkəzinin təşəbbüsü ilə Tehrana gəliblər.
Bu münasibətlə IRNA agentliyi Beyrutda fəaliyyət göstərən ingilis jurnalist Ceyk Qrin ilə xüsusi bir müsahibə aparıb.
Qrin bu müsahibədə bildirib:
“Məlumdur ki, İsrail öz hədəflərinə çata bilmədi. Məncə onların əsas məqsədi sonda İran hakimiyyətini devirmək məqsədilə mülki əhali arasında parçalanma yaratmaq idi. Amma əslində tam tərsi baş verdi. Mənə elə gəlir ki, bu təcavüzə qarşı İran xalqı daha da birləşdi və həmrəyliyi gücləndi. Bu baxımdan, mən düşünürəm ki, İsrail nəticə etibarilə heç bir hədəfinə nail ola bilmədi.”