İranın Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi vurğulayıb ki, düşmən İrana növbəti hücuma cəhd edərsə, daha ağır zərbələrlə üzləşəcək və daha böyük məğlubiyyətə düçar olacaqlar.
Az.rasthaber.com xəbər verir ki, İranın Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi ölkənin Hava Hücumundan Müdafiə Qərargahına səfəri zamanı vurğulayıb ki, hava hücumundan müdafiə sistemləri 12 günlük müharibə zamanı bütün səviyyələrdə təhdidlərə tab gətirə bildiyini, ölkə səmasının müdafiəsində ön cərgədə dayanaraq və İran xalqını öz düşmənlərinə dərs verə biləcəklərini sübut edib.
General-mayor Musəvi deyib: “Bu qədər sayda və həcmdə düşmən təyyarəsinin vurulması hava hücumundan müdafiənin igid qəhrəmanlarının məharətini, iradəsini və şücaətini nümayiş etdirir və bu, İran xalqının yaddaşında həkk olunacaq”.
General-mayor Musəvi həmçinin sistemlərin yenilənməsi və yenidən qurulmasının, düşmən təhlükəsinə qarşı uyğun yeni taktika və üsulların tətbiqinin, o cümlədən yaradıcılıq və innovasiyaların tətbiqinin, əməliyyat çevikliyinə diqqətin yönəldilməsinin və yerli elmi və texnoloji imkanların istifadə edilməsinin vacibliyini vurğulayıb.
O, deyib:
“Düşmən yenidən sevimli ölkəmiz İrana hücum etməyə cəhd edərsə, inşallah, daha ağır zərbələr alacaq və əvvəlkindən daha böyük məğlubiyyətə düçar olacaqlar”.