Sionist “Maariv” mediası İsrail rejiminin Yəmənin hücumlarının öhdəsindən gələ bilmədiyini vurğulayaraq, indiyədək bu ölkədən işğal olunmuş ərazilərə 200-dən çox raket və 170 PUA atıldığını bildirib.
Az.rasthaber.com xəbər verir ki, sionist rejimin hərbi məsələlər üzrə analitiki Avi Aşkenazi “Maariv” qəzetinə müsahibəsində deyib: Bu gün həmişəkindən daha çox aydın oldu ki, İsrail (rejimi) Yəmənlə qarşı-qarşıya gəlməkdə acizdir və kəşfiyyat baxımından, bu ölkənin silahlı qüvvələri ilə qarşı-qarşıya gəlməyə hazır deyil və bununla mübarizə aparmağa real proqramları yoxdur.
Bu qəzet əlavə edib ki, Qəzzada müharibə başlayandan bəri Yəmən ordusu İsrailin işğal olunmuş ərazilərinə 200-dən çox raket və 170-dən çox PUA atıb.