İsrailin Qəzzada törətdiyi soyqırımla bağlı SON STATİSTİKA

İsrailin Qəzzada törətdiyi soyqırımla bağlı SON STATİSTİKA

Sionist rejimin Qəzzaya qarşı apardığı soyqırım müharibəsi ilə bağlı Qəzza zolağında hökumətin İnformasiya İdarəsinin dərc etdiyi ən son məlumatlara əsasən, bölgədə ümumilikdə 67 min 880 nəfər şəhid olub və ya itkin düşüb.

Az.rasthaber.com xəbər verir ki, Əl-Məsirə-nin məlumatına görə, Qəzzadakı Hökumət İnformasiya İdarəsi 2023-cü il oktyabrın 7-dən etibarən sionist rejimin cinayətləri və soyqırım müharibəsi ilə bağlı son məlumatları açıqlayıb.

Bu məlumatlara görə, soyqırım başlayandan indiyədək şəhid və itkin düşənlərin ümumi sayı 67 880 nəfərə çatıb. Onlardan 58 380 nəfər xəstəxanalara çatdırılıb. Xəstəxanaya yerləşdirilən yaralıların ümumi sayı 139 355 nəfərdir. Şəhidlərin 60 faizini uşaqlar, qadınlar və qocalar təşkil edib.

Qəzza İnformasiya Bürosunun məlumatına görə, 2023-cü il oktyabrın 7-dən indiyədək bir yaşa qədər 953 körpə şəhid olub, müharibə zamanı doğulan 400 körpə də şəhid olub. Bu müddət ərzində 1590 səhiyyə işçisi və 122 mülki müdafiə əməkdaşı da şəhid olub.

Bundan başqa, işğal başlayandan indiyədək 228 jurnalist İsrail qüvvələri tərəfindən şəhid olub.

Fələstin mərkəzi həmçinin vurğulayıb ki, sionist düşmənin Qəzza zolağına bütün keçid məntəqələrini tamamilə bağlamasından 139 gün keçib. Bu müddət ərzində düşmən 722 əsas su quyusunu dağıdıb sıradan çıxarıb, 133 sutəmizləyici qurğu da məhv edilib.

Xəbəri paylaş

VİDEOLAR