Qatil İsrail ordusu yenə yardım gözləyənləri hədəf aldı: 89 ölü

Qatil İsrail ordusu yenə yardım gözləyənləri hədəf aldı: 89 ölü

Soyqırım törədən İsrail ordusu səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə İsrail ordusunun həyata keçirdiyi hücumlarda 36-sı humanitar yardım gözləyən fələstinli olmaqla 89 nəfəri şəhid edib, çoxlu sayda insan yaralanıb.

Az.rasthaber.com xəbər verir ki, Qəzzada Fələstinin Səhiyyə Nazirliyi sionist İsrail ordusunun qida ləvazimatları almaq üçün iddia edilən yardım paylama məntəqələrinin yaxınlığında gözləyən fələstinlilərə, eləcə də Qəzzanın müxtəlif bölgələrində fələstinlilərə qarşı hücumları barədə məlumat verib.

Cənubdakı Rəfah şəhərində İsrail ordusunun "ölüm tələsi" olaraq xarakterizə edilən ABŞ-İsrailin rəhbərlik etdiyi Qəzzaya Humanitar Yardım Fondunun yaxınlığında yardım gözləyən fələstinlilərə şiddətli atəş açması nəticəsində 32 nəfər şəhid olub, çox sayda insan yaralanıb.

İsrailin Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinin qərbində köçkünlərin məskunlaşdığı çadırlara təşkil etdiyi hücumda 5 fələstinli, şəhərin müxtəlif yerlərindəki bombardmanlarda isə 4 fələstinli şəhid olub.

Soyqırım törədən İsrail ordusunun Xan Yunus şəhərində məcburi köçkün fələstinlilərin çadırlarını hədəf alması nəticəsində 3 nəfər şəhid olub.

Xəbəri paylaş

VİDEOLAR