Sionist rejimin sabiq müharibə naziri Aviqdor Liberman verdiyi açıqlamada İsrailin və Benyamin Netanyahunun kabinetinin dünyada təcrid vəziyyətinə düşdüyünü etiraf edib.
Az.rastahber.com xəbər verir ki, Liberman İsrail rejimin dünyada öz mövqeyini bərpa etməli olduğunu vurğulayaraq bildirib ki, Qəzzadakı müharibə bizi dünyada kənara atılmış bir qrupa çevirdi.
Sionist rejimin sabiq müharibə naziri əlavə edib ki, Həmas üzərində qələbə qazanmaq üçün bütün əsirlərimizi eyni mərhələdə Qəzza zolağından geri qaytarmalıyıq.
O deyib ki, əgər kimsə bu işi görmürsə, deməli, nə əsirləri azad etmək istəyir, nə də müharibəyə son qoymaq niyyətindədir.