Yunanıstanda insanlar İsrail gəmisinin keçməsini əngəlləyiblər

Yunanıstanda insanlar İsrail gəmisinin keçməsini əngəlləyiblər

İsrailli turistləri daşıyan kruiz gəmisi Siros adasına yanaşmağa cəhd edəndə yerli əhali hərəkətə keçib. Gəmi turistləri endirmədən adanı tərk etmək məcburiyyətində qalıb.

Az.rasthaber.com xəbər verir ki, İsraildə yerləşən Mano Maritime şirkətinə məxsus Crown Iris adlı kruiz gəmisi bu gün Yunanıstanın Siros adasında yanaşmalı idi. Lakin Fələstində soyqırım davam edərkən ada sakinləri israilli turistlərin istirahətinə icazə vermədi.

Regional təhsil birlikləri gəminin adaya gəldiyi vaxtda Fələstin xalqına dəstək nümayişi keçirməyə çağırıb. Həmkarlar ittifaqı işçiləri, tələbələr və ada sakinləri bu çağırışa qulaq asaraq Siros limanına toplaşdılar.

Limana toplaşan izdiham Fələstin bayraqları dalğalandırarkən və əllərində "Soyqırımı dayandırın" plakatları tutarkən, 1600 sərnişini sahilə buraxmaqdan imtina ediblər.

İlkin olaraq şirkət rəsmiləri “bir az gecikmə olduğunu” bildirərək aksiyanın sürətlə dağılacağını bəyan etmişdilər. Lakin saatlardan sonra etirazlar davam etdi və gəmi istiqamətini dəyişərək Kiprin Limassoluna getdi.

Etiraz zamanı sərnişinlərə göyərtəyə çıxmamaq tövsiyə edilib, lakin bəzi israilli sərnişinlər etirazçılara meydan oxuyaraq İsrail bayraqlarını dalğalandırıblar və mahnılar oxuyublar.

Gəmidən düşə bilməyən sərnişinlərə səslənən yerli sakinlər "Fələstinə azadlıq" şüarları səsləndirərək, "Qəzzada qırğın davam edərkən İsrailli turistlərin burada qonaq edilməsi qəbuledilməzdir" deyiblər.

İsrailin xarici işlər naziri Gideon Saar gəminin Sirosda yanalmasını müzakirə etmək üçün yunan həmkarı George Ierapetritis ilə görüşdüyünü açıqlayıb. Lakin İsrail mediasının məlumatına görə, sərnişinlərin enməsinə icazə verilməməsi qərarını Yunanıstan rəsmiləri deyil, etirazlardan narahat olan gəmi sahibi verib.

Xəbəri paylaş

VİDEOLAR