Ziya Türkyılmaz YAZARLAR
Ziya Türkyılmaz

Səudiyyənin Aramco bazalarına hücum

Səudiyyənin Aramco bazalarına hücum bir Dönüş Nöqtəsidir. Bəli, bu dönüş nöqtəsidir, tarixi bir dönüş nöqtəsi.

Səudiyyənin Aramco bazalarına hücum bir Dönüş Nöqtəsidir.

Bəli, bu dönüş nöqtəsidir, tarixi bir dönüş nöqtəsi.

İslam Dünyasının Qərbin hegemonluq sistemi qarşısında 200 illik məğlubiyyət və əzilmişliyin sona çatdığının, gələcəkdə şahid olacağımız yeni qalibiyyətlərin açıq bir işarəsidir.

Siyasi baxımdan bu dönüş nöqtəsi 1979-da İslam İnqilabının İranda qələbə qazandığı gündür.

Elmi baxımdan bu dönüş nöqtəsi iranlı gənc elm adamlarının nüvə texnologiyanı yerli imkanlarla inkişaf etdirməsi, kosmosa canlı varlıq göndərmə səviyyəsində raketlər və s. iki mininci illərin əvvəllərinə təsadüf edir.

 

Hərbi baxımdan 2006-da Hizbullahın İsraili məğlubiyyətə uğratması da bir dönüş nöqtəsidir.

İran raket müdafiə sisteminin ABŞ-ın ən inkişaf etmiş MQ-4 C Triton PUA-sını 23 km yüksəklikdə özünün yaratdığı qurudan havaya raketlərlə vurması da bir dönüş nöqtəsidir.

 

Amma dünyanın ən böyük enerji qaynağı Səudiyyənin Aramco neft bazalarının sıradan çıxarılmasına səbəb olan hücum, təkcə hərbi baxımdan deyil, psixoloji, siyasi, texnoloji və iqtisadi baxımlardan da Müqavimət Cəbhəsi üçün bir qələbə, müstəkbir güclər üçün ağır bir məğlubiyyət olması baxımdan bir dönüş nöqtəsidir.

 

Bu hücum hər nə qədər Ərəbistanda bir neft bölgəsinə həyata keçirilmiş olsa da, həqiqətdə Qərbin hegemon sisteminin ürəyinə vurulmuş bir zərbədir. Çünki (Qərbin hegemon sistemi) kukla Səud Krallığını qorumaq, ayaqda saxlamaq və enerji qaynaqlarının sovurmaq üçün bu rejimi hər vasitə ilə,  media dəstəyi, həmçinin hərbi sahədə ən modern silahlarla təchiz etməkdədirlər.

Qərbin hegemon sisteminin əsas təmsilçisi ABŞ bu hücumla - psixoloji, siyasi, texnoloji, iqtisadi və hərbi baxımdan indiyə qədər dadmadığı ağır bir məğlubiyyətlə üz-üzə qalmışdır.

Psixolojik olaraq əzilmiş durumda, siyasi olaraq qərarsızdır, texnolojik olaraq rəqibinin gücü qarşısında çaşqınlıq içindədir, iqtisadi olaraq zərərin aradan qaldırması yollarını axtarmaqdadır və hərbi olaraq cavab verə bilməməzliyin xar olmasından məhv olmaqdadır.

 

Yəmən Ənsarullah hərəkatı və Sana mərkəzli Yəmən Ordusu Səud rejimi rəhbərliyində 4.6 il öncə başlatdıqları vəhşi hücumlara qarşı indiyə qədər bənzəri olmayan bir müqavimət örnəyi göstərmiş və eyni zamanda yeni müharibə strategiyası və texnologiyasından yararlanmağa başlamışdır.

Xüsusilə də son bir ildir yaxın və orta mənzilli raketlər və PUA ilə Ərəbistanın sərhəd bölgəsində,  hətta paytaxt Riyadda yeralan hava limanları, neft yataqları və qarnizonlara qarşı raket və PUA hücumları həyata keçirməkdədir.

Ənsarullah və müttəfiqləri bir neçə ay öncə açıqladıqları yeni stratejik planda qanuni müdafiə istiqamətində ABŞ-İsrail-in dəstəklədiyi Səudiyyə koalisiyasının hücumlarına eynilə cavab verəcəklərini və Ərəbistandakı 300 hədəfin siyahısını yayımlayaraq bu mərkəzlərə hücum həyata keçirəcəklərini rəsmən elan etmişdilər. Səudiyyənin Aramco şirkətinin  Aqiq və Hureys neft bölgələrindəki bazaları da bu siyahıda yer almışdı.

 

Bu son hücum sözün praktikaya dönməsinin isbatıdır, İmam Xameneinin ifadə etdiyi kimi “Artıq vurub qaçma dönəmi sona çatmışdır”, hücum edən təqib olunub cəzalandırılacaqdır.

Müqavimətin Yəmən cəbhəsi dediyini həyata keçirərək Səudiyyənin hücumlarına və krallığın ağalarına lazımı cavabı vermişdir.

 

Hegemoniyanın rəhbərləri və Səudiyyə kuklaları şoka uğrayaraq Yəmən Müqavimət Cəbhəsindən aldıqları məğlubiyyəti gizlətmək üçün hər yola baş vurmaqda, bəhanələr qurmaqda və Müqavimət Cəbhəsinin digər mərkəzləri İran və İraqı ittiham etməkdədirlər. Hətta İrana qarşı hücum həyata keçirəcəklərindən də dəm vurmaqdadırlar.

Amma bütün bu təlaşlar həqiqətdə İran ilə müharibəyə hazır olduqları üçün deyil, Səudiyyə kuklalarının əsəblərini sakitləşdirmək üçündür.

Niyə?

Birincisi; Səudiyyəlilərin Yəmənə qarşı hücumlardan və mühasirəsindən vaz keçməsinin qarşısını almaq üçün Ənsarullahı kiçik göstərməklə bu hücumun ABŞ-İran regional müharibəsi çərçivəsində baş verdiyi təəssüratını yaratmaq istəyirlər. Yəni rəqibi böyük göstərib, başda Səudiyyəlilər olmaqla beynəlxalq təşkilatları məğlubiyyət mövzusunda təsir etməyə çalışılır.

İkincisi; ABŞ İrana qarşı tarixdə bənzəri olmayan embarqolar başladarkən səudiyyəlilərdən İran neftindən boşalan boşluğu doldurmasını istəmiş və Səudiyyənin qayğılarını aradan qaldırmaq üçün də İrandan gələcək hər cür hücuma qarşı onları qoruyacaqları ilə bağlı söz vermişlər. Son iki il içində bu səbəblə Səudiyyəyə 100 milyard dollardan çox silahla birlikdə minlərlə hərbi müşavir göndərilib. Buna görə də, Aramco bazalarına  qarşı İrandan deyil, Yəmən tərəfindən həyata keçirilən hücumların qarşısını ala bilməməyin psixolojik təsiri altında əzilməkdə və məğlubiyyətlərinin qarşısını almaq üçün yollar axtarmaqdadırlar.

 

Bəzi xəbərlərə görə, ABŞ XİN rəhbəri Pompeonun hücumdan sonra Riyada etdiyi səfər sırasında görüş zamanı  “İrana hücum olacaqsa, siz edəcəksiniz, hər cür dəstək verməyə hazırıq”, -deyə bildirib, aldığı cavab Pompeoya çox mənfi təsir edib.

Bu təkflifi – daha doğrusu təhriki – daha öncə İraq, Suriya və Yəmən mövzusunda da eşidən Səudiyyəlilər, İranla müharibənin intihar olduğunu biləcək qədər ağılsız deyillər.

Suriya və İraqda Müqavimət Cəbhəsinə qarşı terrorçu qruplara onlarla milyard dollar xərcləmələrinə baxmayaraq hər hansı bir nəticə almayan və bir həftə, bir ay içində Ənsarullahı məğlub etmək vədəsilə Yəmənə hücum etdirilən və 4.6 ildir heç bir nəticə ala bilməyən Səudiyyəlilərin İrana ABŞ dəstəyilə hücum etməyin sonlarını gətirəcəklərindən şübhə etmədikləri dəqiqdir.

 

Halbuki ölkələrini müdafiə etmək üçün hər cür zülmə, hücuma, mühasirəyə, dağıntılara səbr edərək dirənən Ənsarullah və müttəfiqləri Səudiyyə Koalisiyasını uğursuzluğa düçar edərək, işğalçılar hücumlarına davam edərsə Səudiyyə Aramco hücumları ilə kifayətlənməyərək Hegemon sisteminə daha ağır zərbələr endirəcəkdir.

Hegemon – sulta sistemi bölgədəki kuklalarının zəif yerini yaxşı bilən Ənsarullah Qərbə enerji axımını durdurmaq üçün Babul Mendeb boğazı və Qızıldəniz su yolları mövzusundakı planlarını həyata keçirməkdən hələlik səbrlə gözləməkdədir.

Səudiyyə Aramco bazalarına qarşı hücumun qanuni müdafiə çərçivəsində hegemon sisteminə qarşı açıq xəbərdarlıq kimi qəbul edilir.

 

Onu da qeyd etmək lazımdır ki, Aramcoya hücumda İrana aid PUA-lardan istifadə iddiası diqqət olunası bir mövzudur. Ənsarullahın raket və PUA texnologiyası sahəsindəki inkişaflarını düşmən də artıq qəbul etməkdədir.

(Sual meydana çıxır) Ənsarullahın son hücumunda istifadə etdiyi PUA və raketlərin İran istehsalı olmasının hansı problemi var? Qanuni müdafiə üçün İrandan yardım alması beynəlxalq qanunlara görə, qadağan deyildir.

Silah istehsal edən ölkənin günahkar  olması durumunda ABŞ və müttəfiqlərinin yüzlərlə dəfə cəzalandırılması lazımdır .Səudiyyəlilər ABŞ, İngilis, Fransız, Alman silahları istifadə edərkən, Yəmən Ordusu və xalq birliklərinin İran silahları istifadə etməsi niyə qanunsuzdur?

 

Xülasələşdirsək; İslam Dünyası üçün məğlubiyyətlər dönəmi sona çatmışdır. Müstəkbir güclərin başda Qərbi Asiya olmaqla İslam ölkələrindəki hegemoniyasını sonlandırıb, çıxıb getmələrinin zamanı gəlmişdir. Müqavimət Cəbhəsi hər baxımdan durmadan güclənməkdə, dünyanın hər yanındakı müqavimət dostlarına və dünyanın basqı və istirmar altındakı xalqlarına qurtuluş ümidi və motivasiya bəxş etməkdədir.

Bu tarixi bir dönüm nöqtəsidir.

Xəbəri paylaş

Yazarın bütün yazıları