Ziya Türkyılmaz YAZARLAR
Ziya Türkyılmaz

Suriyadan alınacaq dərslər

Yerdə heç bir proses Sünnətallahdan (bütün kainatı əhatə edən ilahi qanunlar) kənarda baş vermir.

 Sünnətallah (bütün kainatı əhatə edən ilahi qanunlar) haqlı və haqsız hər bir tərəf üçün keçərlidir. Plan quran, hazırlıq görən, davası uğrunda hər cür çətinliyə sinə gərən, səbrlə mübarizə aparan və ölümlə üzləşməyə hazır olan, istər mömin, istər kafir, istərsə də münafiq olsun, əgər oyunun qaydalarına uyğun hərəkət edərsə, haqlı və ya haqsız davasında müvəffəqiyyət qazanır. Tarix bu qaydanın nümunələri ilə doludur. Hər müvəffəqiyyətli insan haqlı deyil, əlbəttə. Amma müvəffəqiyyətin başlıca faktoru çalışqanlıqdır, istər haqlı yolda olsun, istərsə də batil.

NATO

Suriyada baş verənlər də, yuxarıda qısa şəkildə izah etməyə çalışdığım qaydadan kənarda deyil. Tarixin ən böyük imperiyalarından biri olan ABŞ və onun ən mühüm güc vasitəsi NATO, dünyanın müxtəlif bölgələri üçün olduğu kimi, Qərbi Asiya bölgəsi üçün də davamlı olaraq qısa, orta və uzunmüddətli gizli planlar qurur. Regionda baş verənlər, xüsusən də Suriyada baş verən vəziyyət NATO-nun müvəffəqiyyətli şeytani planlarından biridir. Suriyadakı iqtidar dəyişikliyi, görünüşdə terror qruplaşmalarının xeyrinə nəticələnmiş olsa da, şübhəsiz ki, bu bir NATO əməliyyatıdır və NATO-nun hesabına yazılacaqdır.

ZƏİFLİK

Suriya 2011-ci ildə başlayan daxili müharibədən bəri hərbi və iqtisadi baxımdan davamlı olaraq zəiflədi, şəhərlər viranə halına gəldi, infrastruktur dağıldı. Yenidən qurulma xarici yardımları tələb edirdi. İqtisadi çətinliklərin artması ilə ordu və xalq arasında iqtidara dəstək azalmağa başladı. Bundan istifadə edən ABŞ müttəfiqi olan  Səudiyyə və BƏƏ krallıqları maddi yardım təklif etdilər və bunu (Ərəb olmayan) İran və müttəfiqlərinin Suriyadan çıxarılması şərtinə bağladılar. Bəşər Əsəd açıq şəkildə bəyan etməsə də, tərəddüd içində bu təklifi qəbul etdi. Lakin bunun bir oyun olduğunu ölkədən qaçmadan qısa bir müddət sonra anladı.

QƏFLƏT

Qaflət, yalnız Suriya rejiminin deyil, müttəfiqlərinin də qaflətidir. İdlib vilayəti üzərinə hücuma hazırlaşan Suriya ordusu, Hələb vilayətində müdafiə xətləri belə qurmadı. Astana Prosesi üzvü və eyni zamanda NATO üzvü olan Türkiyə hökumətinin terror qruplaşmalarının qarşısını almaq öhdəliyinə inandılar və müdafiə tədbirləri görməyə ehtiyac duymadılar. Suriyadan çox az sayda müşavir istisna olmaqla, kənarlaşdırılmış İran qüvvələrinin olmaması və Ukrayna müharibəsinə yönəlmiş Rusiyanın dəstəyindən məhrum qalan Suriya ordusu, ciddi müqavimət göstərmədən şəhərlərdən geri çəkilməyə başladı və nəhayət NATO tərəfindən dəstəklənən müasir silahlarla təchiz edilmiş qruplaşmalara məğlub oldu.

MÜQAVİMƏT CƏBHƏSİ

Müqavimət Cəbhəsi Suriyadakı iqtidar dəyişikliyi ilə İsrailə qonşu olan, Hizbullah-a dəstək və təchizat yolu təmin edən mühüm bir müttəfiqini itirmişdir. Görünüşdə ABŞ-İsrail və bölgədəki müttəfiqləri qələbə çalmış olsa da, Müqavimət Cəbhəsi məğlub olmamışdır, sadəcə zəif iradəli bir elementindən təmizlənmişdir. Müqavimət Cəbhəsi bu məğlubiyyətdən bəzi dərslər çıxarması lazımdır:

a) Möminlər yalnız və yalnız Allaha təvəkkül etməli və hər hansı bir müsbət nəticəni yalnız Allahın yolunda axtarmalıdır. Allahın yolundan azmaq qələbə gətirməz.

b) Bəzi məsləhətlər üçün, məsələn, Rusiya ilə olduğu kimi, əməkdaşlıq etdiyiniz ölkələrin güc sahələri açmasına icazə verilməməlidir. Müqavimət Cəbhəsi sayəsində Aralıq dənizinə yerləşən Rusiya, öz planları çərçivəsində hərəkət edərək, illərlə Suriyanın müxtəlif bölgələrində Müqavimət qüvvələrini İsrail/ABŞ hava hücumlarına qarşı tək buraxmışdır; belə əməkdaşlığın nəticələrinə diqqətsizlik edilməməlidir.

c) "Su yatar, düşmən yatmaz" misalında deyildiyi kimi düşmən hər an gizli plan qurarkən mübarizəyə ara vermək, tənbəllik, qorxaqlıq, məsləhətçilik, müzakirəçilik kimi zəifliklər Müqavimətin ruhuna ziddir. Düşmən hər hansı bir adı altında olsa da, bu qafləti mütləq öz xeyrinə çevirəcəkdir.  İmam Əli (ə) buyurur: “İlk hücumu etməyin, amma düşmən hücum etdikdən sonra mütləq cavab verin və davamını heç vaxt buraxmayın."

NƏTİCƏ OLARAQ

Suriyada bir zəfərdən danışılacaqsa, bu zəfər NATO piyadalarına deyil, birbaşa NATO üçlüsünə, yəni ABŞ, İngiltərə və İsrailə aiddir, zaman bunu göstərəcəkdir. Tort arxasında gedən işbirlikçilər, 2011-ci ildə olduğu kimi, bir daha nə qədər böyük bir oyunun içində olduqlarını, sərxoşluqları keçdikdən sonra qısa bir müddət sonra anlayacaqlar.

Suriya ilə bağlı daha çox danışılacaq şey var. Amma indilik bu qədər kifayətdir və deyə bilərik ki, gələcək Müqavimət Cəbhəsinin olacaqdır. Şeytani cəbhə gücləndikcə, Müqavimət Cəbhəsi də güclənəcəkdir. Allah yolunda mübarizə aparanlar üçün məğlubiyyətin mənası yoxdur. Allah (cc) öz vəzifəsini yerinə yetirən möminlərə, gözləmədikləri yerdən yeni qapılar açacaq, inşallah.

Xəbəri paylaş

Yazarın bütün yazıları