İran Xarici İşlər Nazirliyinin sözçüsü iki ölkə arasında dolayısı ilə keçirilən danışıqlarda ABŞ-ın İrana təklif etdiyi paketlə bağlı İRNA-nın sualına cavab olaraq deyib: Radikal və maksimalist tələbləri ehtiva edən və İran xalqının qanuni hüquq və mənafelərinə məhəl qoymayan hər hansı bir mətn qətiyyən bizim müsbət cavabımızla qarşılaşmayacaq.
Həmas Qəzzada humanitar böhrana son qoymaq və daimi atəşkəsə nail olmaq üçün sionist İsraillə dərhal dolayı danışıqlara başlamağa hazır olduğunu açıqlayıb.
The Washington Post yazıb ki, Suriyanın qondarma prezidenti və HTŞ terror təşkilatının lideri Məhəmməd Colani (Əhməd əl-Şara) onu hakimiyyətə gətirən qruplarla üz-üzədir. Qəzet xəbərdarlıq edib ki, ölkədəki kövrək struktur yenidən ümumi vətəndaş müharibəsinə çevrilə bilər.
İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi hökumət şurasının bugünkü (bazar günü) iclasında danışıqların son vəziyyəti və amerikalıların bu yaxınlarda Oman vasitəsilə İrana göndərdikləri məktubun hesabatını təqdim edib və deyib: Bu məktuba cavab hazırlanır.