Əraqçı: ABŞ-a cavab məktubu hazırlanır

Əraqçı: ABŞ-a cavab məktubu hazırlanır

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi hökumət şurasının bugünkü (bazar günü) iclasında danışıqların son vəziyyəti və amerikalıların bu yaxınlarda Oman vasitəsilə İrana göndərdikləri məktubun hesabatını təqdim edib və deyib: Bu məktuba cavab hazırlanır.

Az.rasthaber.com xəbər verir ki, mayın 31-də Omanın xarici işlər naziri Bədr Busaidi Tehrana qısa, bir neçə saatlıq səfəri zamanı ABŞ hökumətinin İranla dolayı nüvə danışıqları ilə bağlı rəsmi təklifini İranın xarici işlər naziri Seyid Abbas Əraqçiyə çatdırıb.

Omanın Tehran və Vaşinqton arasında vasitəçiliyi çərçivəsində həyata keçirilən bu səfər ABŞ-ın təklifinin “elementlərini” İrana təqdim etmək məqsədilə həyata keçirilib. Əraqçi X ş (keçmiş Twitter) sosial şəbəkəsində yazıb ki, İran bu təklifə “öz prinsipləri, milli maraqları və əhalinin hüquqları çərçivəsində” müvafiq cavab verəcək.

Donald Trampın xüsusi nümayəndəsi Steve Whitakoff tərəfindən hazırlanan və Tehrana göndərilən ABŞ təklifi aprelin əvvəlində danışıqlar başlayandan bəri İrana təqdim edilən ilk rəsmi layihədir.

Xəbəri paylaş

VİDEOLAR