Netanyahu Qəzzadakı fələstinliləri ələ saldı: Ac deyillər, sadəcə idman etmirlər

Netanyahu Qəzzadakı fələstinliləri ələ saldı: Ac deyillər, sadəcə idman etmirlər

Sionist İsrailin baş naziri Binyamin Netanyahu daha bir qandondurucu bəyanatla çıxış edib. Netanyahu qəzzalıların ac olmadığını və "sadəcə idmanla məşğul olmadıqlarını" iddia edərək qalmaqallı açıqlamalar verib.

Az.rasthaber.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) məlumatına görə, ilin əvvəlindən ən azı 9 min uşaq kəskin qida çatışmazlığından müalicə olunub. Qəzzalı ailələr deyirlər ki, əsas ərzaqlara çıxış çətinləşib və qiymətlər ən azı 10 dəfə artıb. 25 kq xarab unun qiyməti 220 funt sterlinq, 1 kq düyü isə 8 funt sterlinqdir.

Birləşmiş Millətlər Təşkilatının Humanitar İşlər üzrə Koordinasiya Ofisinin (OCHA) məlumatlarına görə, 6-23 aylıq körpələrin və hamilə və ya süd verən anaların 92 faizi lazımi qidalanma almır.

Qəzzada çalışan səhiyyə işçiləri yeni doğulan körpələrin qidalanmadığı üçün yaşlı kimi göründüyünü, bəzi körpələrin isə görmə qabiliyyətini itirdiyini bildirir.

Fələstinin baş naziri Məhəmməd Mustafa Qəzzanı “aclıq zonası” elan edib və BMT sistemini humanitar yardım mexanizmlərini işə salmağa çağırıb. Qəzzadakı Həmas rəhbərliyi müalicə alan 9000 uşaqdan 3500-nün ölüm təhlükəsi altında olduğunu açıqlayıb.

Fələstinlilər qıtlıqla mübarizə apararkən, qatil Netanyahunun son sözləri ağılları qarışdırıb.

Yardım maşınlarının Qəzza zolağından keçməsinə icazə verməyən və aclıqdan silah kimi istifadə edərək bölgədə misli görünməmiş soyqırımı həyata keçirən Netanyahu fələstinlilərin düşdüyü acınacaqlı vəziyyəti ələ salıb.

Netanyahu açıqlamasında Qəzzada aclıq olmadığını iddia edib və bunun səbəbinin nəzarətə götürdükləri mülki şəxslərin cəsədlərində heç bir aclıq əlaməti tapmamaları və "Fələstinlilərin sadəcə idmanla məşğul olmamaları" olduğunu müdafiə edib.

Netanyahu deyib:

"Qəzzada aclıq yoxdur, çünki minlərlə mülki vətəndaşı saxladıq və onları çılpaq şəkildə lentə aldıq, bədənlərində aclıqdan əsər-əlamət yox idi, sadəcə idmanla məşğul olmurlar".

Xəbəri paylaş

VİDEOLAR