Misir: İsrail Qəzza əhalisinin aclığından silah kimi istifadə edir

Misir: İsrail Qəzza əhalisinin aclığından silah kimi istifadə edir

Misirin xarici işlər naziri Əbdüləti sionist İsrailin Qəzzada aclıqdan silah kimi istifadə etdiyini və bunun qəbuledilməz olduğunu bildirib.

Az.rasthaber.com xəbər verir ki, Misirin xarici işlər naziri Bədr Əbdüləti Sputnik-ə açıqlamasında İsrailin Qəzza bölgəsində aclıq şəraiti yaradaraq aclıqdan silah kimi istifadə etməsinin bütün beynəlxalq hüququn normalarının pozulması olduğunu bildirib.

Əbdüləti deyib: "İsrail Qəzzada aclıq şəraiti yaradaraq aclıqdan silah kimi istifadə edir, bu, beynəlxalq hüququn bütün normalarının pozulmasıdır. Bəşəriyyət hər gün baş verən bu vəhşi hərəkətləri və aclığı kollektiv cəza vasitəsi kimi qəbul edə bilməz. Ümid edirik ki, razılıq əldə olunacaq, bu mənasız müharibəyə dərhal son qoyulmalıdır".

Əbdüləti həmçinin beynəlxalq ictimaiyyəti Fələstin dövlətini tanımağa və müharibəni dayandırmaq üçün sionist İsrailə təzyiq göstərməyə çağırıb.

Xəbəri paylaş

VİDEOLAR