İran Xarici İşlər Nazirliyinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi deyib: İran İslam Respublikası keçmişdə olduğu kimi sanksiyaların ləğvi üçün danışıqlara başlamağa və davam etdirməyə hazırdır.
İşğalçı İsrail qüvvələri İordan çayının qərb sahilinin Qalkilya şəhərinə basqın zamanı aralarında uşaqların da olduğu 64 fələstinlini nəzarətə götürüb.
HƏMAS-ın verdiyi açıqlamaya görə, ikinci məhbus mübadiləsi yanvarın 25-i şənbə günü baş tutacaq. Bəyanatda tarix göstərilsə də, neçə məhbusun azad ediləcəyi barədə məlumat verilməyib.