İran İsrail rejiminin 12 günlük hərbi təcavüzü ilə bağlı BMT TŞ-a yeni məktub ünvanlayıb

İran İsrail rejiminin 12 günlük hərbi təcavüzü ilə bağlı BMT TŞ-a yeni məktub ünvanlayıb

İranın Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi, İsrail rejiminin genişmiqyaslı və əsassız hərbi təcavüzü nəticəsində 1100 günahsız vətəndaşın şəhid olması və 5700-dən çox insanın yaralanması ilə bağlı zərərlərin təfərrüatlarını əks etdirən yenilənmiş hesabatı BMT Baş katibinə və Təhlükəsizlik Şurasına təqdim edib.

Az.rasthaber.com xəbər verir ki, Əmir Səid İrəvani, yerli vaxtla cümə axşamı günü BMT Baş katibi və Təhlükəsizlik Şurasına ünvanladığı məktubda yazıb:

 

“2025-ci il iyunun 13-də sübh saatlarında, İran ailələri dinc şəraitdə yaşadıqları bir vaxtda, İsrail rejimi ABŞ və bəzi Qərb ölkələrinin genişmiqyaslı hərbi, kəşfiyyat və siyasi dəstəklərinə arxalanaraq İran İslam Respublikasının yaşayış məntəqələrinə, mülki infrastrukturuna və sülhməramlı nüvə obyektlərinə koordinasiyalı hava, raket və PUA hücumlarına başladı. Bu qeyri-dəqiq və qanunsuz hücumlar nəticəsində 1100 günahsız insan, o cümlədən 132 qadın və 45 uşaq şəhid oldu, 5700-dən çox şəxs isə yaralandı.”

 

İrəvani əlavə edib:

 

“Bu dəhşətli cinayətlər, BMT Nizamnaməsi, beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq – o cümlədən Cenevrə Konvensiyaları – və beynəlxalq insan hüquqları sənədləri, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktın açıq-aşkar pozuntusudur. ABŞ tərəfindən 2025-ci il iyunun 22-də həyata keçirilən sonrakı hərbi təcavüz bu pozuntuların miqyasını daha da genişləndirdi.”

 

“Yaşayış məntəqələrinin, xəstəxanaların, tibb mərkəzlərinin, təcili yardım maşınlarının, mülki şəxslərin, enerji infrastrukturunun, alimlərin və Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətində olan sülhməramlı nüvə obyektlərinin qəsdən hədəf alınması beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Belə əməllər müharibə cinayətləri, təcavüz cinayəti və insanlığa qarşı cinayət kimi qiymətləndirilməlidir.”

 

Sonda deyilir:

 

“Əlavə olunmuş hesabat, İranlı mülki şəxslərin, xüsusən də qadın və uşaqların yaşadıqları iztirab və ağrıların yalnız bir hissəsini əks etdirir. Beynəlxalq hüququn qorunmasının və bu cür dəhşətli cinayətlərin səbəbkarlarının toxunulmazlığına təcili son qoyulmasının vacib olduğuna təkid edilib.”

Xəbəri paylaş

VİDEOLAR