The Washington Post yazıb ki, Suriyanın qondarma prezidenti və HTŞ terror təşkilatının lideri Məhəmməd Colani (Əhməd əl-Şara) onu hakimiyyətə gətirən qruplarla üz-üzədir. Qəzet xəbərdarlıq edib ki, ölkədəki kövrək struktur yenidən ümumi vətəndaş müharibəsinə çevrilə bilər.
Az.rasthaber.com xəbər verir ki, hesabatda qeyd olunub ki, Şaranın hakimiyyətə gəlməsində rol oynayan xarici anti-Əsəd qrupları indi onun liderliyini şübhə altına almağa başlayıblar. İddia olunur ki, bu qruplaşmalar Şara Qərblə əməkdaşlıq etdiyi üçün ona qarşı mövqe tutublar.
Xüsusilə Təhrir əş-Şamın (HTŞ) rəhbərlik etdiyi bəzi qrupların İŞİD və buna bənzər terror təşkilatları ilə əlaqəsi olduğu və mart ayında Suriya sahillərində ələviləri hədəf alan qırğınlarda rol oynadığı bildirilib. Yerli mənbələrə əsaslanan hesabatda bu hücumlarda ən azı 1300 adamın həyatını itirdiyi bildirilir. Həmçinin xristian və druz icmalarının da məzhəb zorakılığına məruz qaldığı qeyd edilib.
ABŞ dövlət katibi Marko Rubio da xəbərdarlıq edib ki, Suriya “həftələr ərzində genişmiqyaslı vətəndaş müharibəsinə çevrilə bilər”.