Bu il İrandan keçərək Ərbəin mərasiminə qatılan Azərbaycan vətəndaşlarının sayında artım müşahidə edilib.
Az.rasthaber.com IQNA-ya istinadən xəbər verir ki, ümumilikdə Ərbəin yürüşünə qatılmaq İran üzərindən keçərək İraqa keçən zəvvarların sayı nəzərəçarpacaq səviyyədə yüksəlib.
Belə ki, 7 691 Azərbaycan vətəndaşı İrandan keçərək Ərbəin ziyarətinə qatılıb.
Bundan başqa, Naxçıvan Muxtar Respublikasından İrana keçən Ərbəin zəvvarlarının sayı isə 117 nəfər təşkil edib.
Həmçinin 1 304 Gürcüstan vətəndaşı da İran üzərindən İraqa keçid edib.
Qeyd edək ki, Azərbaycan Respublikasında (Naxçıvan MR istisna olmaqla) quru sərhədlər qapalı olduğu üçün insanlar hava yolları vasitəsilə Kərbəla səfərinə çıxır - onlardan bəziləri birbaşa aviareyslərlə İraqa gedir, digərləri isə əsasən Türkiyə və Gürcüstana uçuş edərək oradan quru yolları ilə İraqa daxil olurlar.