Azərbaycan və Ermənistanın itkin düşmüş şəxslərlə bağlı dövlət komissiyalarının nümayəndələri arasında daha bir görüş baş tutub.
Az.rasthaber.com xəbər verir ki, tərəflər bu görüşdə münaqişə dövründə itkin düşən insanların taleyinin müəyyənləşdirilməsi ilə əlaqədar humanitar məsələləri müzakirə ediblər.
Görüş zamanı məlumatların qarşılıqlı paylaşımı və axtarış işlərinin əlaqələndirilməsi imkanları da nəzərdən keçirilib.
Hər iki tərəf humanitar sahədə dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğulayıb və itkin düşmüş şəxslərin ailələrinin mənafeyi naminə gələcək əməkdaşlığa açıq olduqlarını ifadə ediblər.