İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib ki, İranda nüvə sənayesi bombardman etməklə məhv edilə bilməz.
Az.rasthaber.com xəbər verir ki, İran dövlət televiziyasına danışan İslami mövcud vəziyyətlə bağlı sualları cavablandırıb.
İslami deyib: "Nüvə sənayesi bombardmanla məhv edilə biləcək bir şey deyil. Bu, yerli və milli sənayedir. Onun tərəqqisi davamlı və fasiləsiz olaraq davam edəcək".
İslami ABŞ-ın İranın nüvə obyektlərinə təşkil etdiyi hücumları dəyərləndirərək deyib: "Əməliyyat Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə ağır zərbədir. Bu, cəngəllik qanununun dünyada işlədiyini göstərir. Güclü deyilsinizsə, sağ qala bilməzsiniz".
İran parlamentinin bu yaxınlarda qəbul etdiyi “Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (BAEA) ilə əməkdaşlığı dayandıran” qanun bu gün prezident Məsud Pezeşkianın imzası ilə qüvvəyə minib.