İrandan sionist İsrailin Livana hücumuna reaksiya

İrandan sionist İsrailin Livana hücumuna reaksiya

İranın Beyrutdakı səfirliyi sionist İsrail ordusunun Livanın cənubundakı Nəbatiyyə vilayətinə hücumlarına reaksiya verib.

Az.rasthaber.com xəbər verir ki, səfirlikdən verilən yazılı açıqlamada, bütün beynəlxalq qərar və razılaşmaları pozan sionist İsrailin ətraf bölgədə iğtişaşlar və dağıntılar yaymaq yanaşmasını davam etdirdiyi qeyd edilib.

Mehr Xəbər Agentliyinin məlumatına görə, bəyanatda deyilir: “Livana və xüsusilə ölkənin cənubuna edilən hücumlar dinc əhalinin təhlükəsizliyini və ölkənin sabitliyini hədəf alır.

Bu davranış İsrail rejiminin aqressiv mahiyyətini və beynəlxalq ictimaiyyətə etinasızlığını bir daha təsdiqləyir”.

Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrail döyüş təyyarələrinin Nəbatiyəni bombalaması nəticəsində 2 nəfərin həyatını itirdiyi, 8 nəfərin isə yaralandığı bildirilib.

Livanın Milli Xəbər Agentliyinin məlumatına görə, bu gün Nəbatiyyənin müxtəlif bölgələri ən azı 12 dəfə hədəfə alınıb.

Xəbəri paylaş

VİDEOLAR