Sionist rejimin xarici işlər naziri deyib: İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandırmaq qərarı Tehranın bütün beynəlxalq nüvə öhdəliklərindən tamamilə imtina etməsi deməkdir.
Az.rasthaber.com xəbər verir ki, Avropa Nüvə Razılaşmasının (JCPOA) tərəflərinə müraciət edən nazir BMT-nin İrana qarşı sanksiyalarını yenidən tətbiq edəcək “snapback” bəndinin həyata keçirilməsinə çağırıb.
Təl-Əviv iddia edir ki, İranın bu addımı beynəlxalq təhlükəsizliyi təhdid edir və nüvə sazişi çərçivəsində qaldırılan bütün sanksiyaların yenidən tətbiqini tələb edir.