Mirzoyan: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb

Mirzoyan: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb

Ermənistan və Azərbaycan arasında qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması prinsipi Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin bütün mərhələlərində aydın şəkildə ifadə olunub. Bu prinsip həmçinin iki ölkə arasında razılaşdırılmış sülh sazişi mətnində də əksini tapıb.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə hökumət saatı zamanı çıxışında bildirib.

“Praktiki olaraq SSRİ-nin dağılması prosesi ilə paralel şəkildə, Alma-Ata Bəyannaməsinin imzalanması ilə Ermənistan həmin vaxt mövcud olan sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Üstəlik, bu qarşılıqlı tanıma prinsipi danışıqlar prosesinin başlanğıcından etibarən bütün mərhələlərində aydın şəkildə ifadə olunub və Madrid prinsipləri də daxil olmaqla, mühüm sənədlərdə öz əksini tapıb”, – deyə o qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR