Ənsarullah: Livan və Hizbullahın hədəfə alınması ABŞ-ın geniş dəstəyi ilə həyata keçirildi

Ənsarullah: Livan və Hizbullahın hədəfə alınması ABŞ-ın geniş dəstəyi ilə həyata keçirildi

Yəmən Ənsarullah Hərəkatının lideri Livan və sionist rejim arasında atəşkəsə və müqavimətin qələbəsinə toxunaraq deyib: “Allah düşmən İsrail üzərində daha bir böyük və çox mühüm tarixi qələbə bəxş etdi ki, bu qələbə böyük və mühüm qələbələr siyahısına əlavə olunsun.”

Az.rasthaber.com xəbər verir ki, Yəmən Ənsarullah Hərəkatının Baş katibi Seyid Əbdülməlik əl-Husi bu cümə axşamı etdiyi çıxışında bildirib ki, bu həssas və vacib mərhələdə və düşmən İsrail ilə qarşılaşmada qələbə, işğalçı rejimin Livan və Hizbullaha qarşı misli görünməmiş təcavüzlərinin ABŞ-ın geniş dəstək çətiri altında həyata keçirildiyi bir vaxtda Allah tərəfindən gəldi.

 

Ənsarullah lideri deyib: “(Amerikalılar) Livana hücumda düşmən İsrailə verdikləri böyük dəstəklə sionist düşmənin cinayətlərinə ortaqdırlar.”

 

Seyid əl-Husi qeyd edib: “Amerikanın dəstək kampaniyası, daxili ixtilafları qızışdırmaqla və Livan tərəflərinə təzyiq edərək, düşmən İsrailə xidmət etmək məqsədilə dəyişikliklər etmək üçün Livanın siyasi vəziyyətini dəyişməyə ümid edən düşmən bu məqsədinə nail ola bilmədi.”

 

“Hizbullahın bazar günü raket və pilotsuz təyyarələr vasitəsilə Təl-Əvivə endirdiyi atəş Hizbullahın gücünün və Livanın müqavimətinin sübutudur” - deyə, Ənsarullah lideri əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR