Ənsarullah raketləri səbəbindən Ben Qurion hava limanı bağlanıb

Ənsarullah raketləri səbəbindən Ben Qurion hava limanı bağlanıb

Təl-Əvivdəki Ben Qurion hava limanı Yəməndən atılan ballistik raket təhlükəsi səbəbindən uçuşlara müvəqqəti bağlanıb. Sionist İsrail hakimiyyəti hava məkanında təhlükəsizlik tədbirlərini artırıb.

Az.rasthaber.com xəbər verir ki, soyqırım törədən İsrailin paytaxtı Təl-Əvivdəki Ben Qurion Beynəlxalq Hava Limanı Yəməndən atılan ballistik raket təhlükəsi səbəbindən uçuşlara müvəqqəti bağlanıb. İsrail təhlükəsizlik orqanları raket ölkənin hava məkanına yaxınlaşdıqda ehtiyat tədbiri olaraq hava limanının fəaliyyətini dayandırıb.

Qatil İsrail ordusundan verilən açıqlamada Yəməndən atılan raket səbəbiylə ölkənin bir çox şəhərində həyəcan təbili çaldığı bildirilib.

Sionist İsrailin “Kanal 12” televiziyası da Yəməndən atılan raket səbəbilə sirenlər səsləndikdən sonra paytaxt Təl-Əvivdəki Ben Qurion Beynəlxalq Hava Limanında bütün uçuşların müvəqqəti dayandırıldığını bildirib.

Yəmənin Ənsarullah Hərəkatı mayın 4-də Təl-Əvivin Ben Qurion Beynəlxalq Hava Limanına ballistik raketlə zərbə endirib.Bir çox beynəlxalq aviaşirkətlər İsrailə uçuşları dayandırıb.

Ənsarullah Hərəkatı atəşkəs razılaşmasını pozaraq Qəzza zolağına şiddətli hücumlarını bərpa edən sionist İsraili vaxtaşırı ballistik raketlərlə hədəfə alır.

Xəbəri paylaş

VİDEOLAR