İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinə təşkil etdiyi hücumda aralarında uşaqların da olduğu 4 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Az.rasthaber.com xəbər verir ki, səhiyyə mənbələrindən verilən məlumata görə, İsrail kəşfiyyat təyyarələri Xan Yunisin Mavasi bölgəsindəki Ən-Nəcad Qaçqınlar Düşərgəsinin cənubunda qaçqınların yerləşdiyi çadırları hədəf alıb.
Küveyt Xəstəxanasının ilk yardım qrupları dağıntılar altından hücumda həlak olan, aralarında uşaqların da olduğu 4 nəfərin cəsədini çıxarıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Sionist İsrail 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında fələstinlilərə qarşı soyqırımını davam etdirir.
Beynəlxalq çağırışlara və Beynəlxalq Ədalət Məhkəməsinin atəşkəs qərarlarına baxmayaraq, hücumlar aclıq, dağıntı və məcburi köçkün siyasətləri ilə davam edir.
ABŞ-ın dəstəklədiyi bu prosesdə əksəriyyəti qadın və uşaqlardan ibarət təxminən 195.000 fələstinli öldürülüb və ya yaralanıb. On minlərlə insan itkin düşüb, yüz minlərlə insan evsiz-eşiksiz qalıb, çoxlu uşaq həlak olan aclıq davam edir.