İşğalçı İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunusda məcburi köçkün fələstinlilərə məxsus çadırı bombaladığı hücumda 4 nəfər həyatını itirib.
Az.rasthaber.com xəbər verir ki, qatil İsrail ordusuna aid döyüş təyyarələri Xan Yunisin qərbindəki Əl-Məvasi bölgəsində qaçqınların sığındığı çadırı bombalayıb.
İlkin məlumata görə, hücumda 4 fələstinli şəhid olub, yaralananlar var.
Şahidlər həmçinin bildiriblər ki, sionist İsrail əsgərləri Qəzza zolağının cənubundakı Rəfah şəhərinin mərkəzi və şərqində partlayıcılar yerləşdirərək çoxlu ev və yaşayış məntəqələrini partladıblar.