Sionist jurnalist: İsrail İranla apardığı müharibədə məqsədlərinə çata bilmədi

Sionist jurnalist: İsrail İranla apardığı müharibədə məqsədlərinə çata bilmədi

Sionist rejimin bir jurnalisti, bu rejimin siyasi və hərbi rəsmilərinin iddialarının əksinə olaraq etiraf edib ki, Təl-Əviv İrana qarşı müharibədə öz məqsədlərinə nail olmayıb.

Az.rasthaber.com xəbər verir ki, Rafi Droviger adlı sionist jurnalist, “Haaretz” sionist qəzetində dərc olunmuş məqaləsində yazıb:

“İranla müharibə özünün heç bir məqsədinə çatmadı, lakin (işğal olunmuş ərazilərdə) elə təbliğat və reklam aparılır ki, guya İsrail qələbə qazanıb.”

Hesabatlar göstərir ki, İranın raket hücumları sionist rejimin əsas infrastrukturuna, o cümlədən “Bazan” neft emalı zavodu və digər enerji obyektlərinə ağır ziyan vurub. Bu obyektlərin dağıdılması, rejimin daxili yanacaq təminatı və enerji ixracı imkanlarını azaldıb.

Son müharibənin sionist rejimin enerji infrastrukturlarında yaratdığı dağıntılar və bunun qlobal enerji bazarlarına təsiri, rejim üçün daha geniş iqtisadi nəticələrə səbəb ola bilər. Əgər bu toqquşmalar dünya neft və qaz bazarlarına da sirayət etsəydi, daha ciddi nəticələr doğuracaqdı.

Bir çox təhlilçilərin və mütəxəssislərin, o cümlədən sionist ekspertlərin etirafına görə, İrana qarşı son müharibə sionist rejimi geniş hərbi, iqtisadi və sosial zərərlə üz-üzə qoyub. 20 milyard dolları aşan hərbi xərclər, əsas infrastrukturun dağıdılması, əhali arasında narazılıq və köçkünlük, sərmayədarların etimadının azalması bu rejimi çox pis vəziyyətə salıb.

Uzunmüddətli perspektivdə isə bu vəziyyət iqtisadi çöküşə, siyasi qeyri-sabitliyə və rejimin bölgədəki mövqeyinin daha da zəifləməsinə səbəb ola bilər. Bununla belə, xəbər senzurası və məlumat məhdudiyyətləri səbəbindən rejimin aldığı zərərlərin bütün miqyası hələ tam üzə çıxmayıb. Amma çox uzaq olmayan gələcəkdə İrana qarşı müharibənin işğal olunmuş ərazilərdə yaratdığı problemlər, zərərlər və xərclərlə bağlı daha çox təfərrüatın üzə çıxacağı gözlənilir.

Xəbəri paylaş

VİDEOLAR