İran polisinin sözçüsü Muntazer əl-Mehdi Tehranda intihar və bombalı hücumlar hazırlayan İŞİD terrorçularının ələ keçirildiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, İran polisinin sözçüsü Səid Muntazer əl-Mehdi son günlər İŞİD-ə qarşı uğurlu əməliyyat keçirildiyini açıqlayıb.
Muntazər əl-Mehdi deyib:
''Tehran, İsfahan, Qum və Əlborz polis idarələrinin birgə həyata keçirdiyi əməkdaşlıq nəticəsində ölkədə təxribat və bombalı hücumlar həyata keçirməyi planlaşdıran İŞİD terror təşkilatına bağlı bir dəstə məhv edilib''.
Uğurlu əməliyyatda 13 terrorçunun ələ keçirildiyi bildirilib.