Sionist rejim mediası əksər aviaşirkətlərin Təl-Əvivə uçuşları dayandırdığını bildirib.
Az.rasthaber.com xəbər verir ki, sionist “Haaretz” qəzeti xarici hava yollarının əksəriyyətinin Təl-Əvivə uçuşları dayandırdığını və bu şirkətlərin Livanda atəşkəsin daimi olub-olmayacağına baxmaq üçün gözləməyə üstünlük verdiyini bildirib.
Mehr Xəbər Agentliyinin Haaretzdən verdiyi xəbərə görə, Livanda atəşkəsə baxmayaraq, əksər xarici hava yolları 2025-ci ilə qədər işğal olunmuş ərazilərə uçuşları bərpa etməyəcək.
Qəzet müharibə başlamazdan əvvəl işğal olunmuş ərazilərdə 100-dən çox xarici aviaşirkətin fəaliyyət göstərdiyini, lakin hazırda yalnız 15 şirkətin fəaliyyətini davam etdirdiyini vurğulayıb.