Türkiyə İsrail prezidentinə hava məkanını bağlayıb

Türkiyə İsrail prezidentinə hava məkanını bağlayıb

İsrail prezidenti İsaak Hersoqun Azərbaycana səfərini “təhlükəsizlik səbəbi ilə” ləğv etməsinə səbəb kimi Türkiyənin hava məkanını bağlaması olduğu iddia edilib və Hersoqun bu səbəbdən Azərbaycana gedə bilməyəcəyi bildirilib.

Az.rasthaber.com xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi mənbələri bəyan ediblər ki, əsl səbəb Türkiyənin İsrail prezidentinə məxsus “Sion Qanadı” təyyarəsinin öz hava məkanından keçməsinə icazə verməməsidir.

Nazirliyin yüksək səviyyəli rəsmisi bir xəbər saytına verdiyi açıqlamada təhlükəsizlik səbəbinin doğru olmadığını və Türkiyənin Herzoqu daşıyan təyyarənin hava məkanından istifadə etməsinə icazə vermədiyi üçün səfərin baş tutmadığını bildirib.

Sionist İsrailin Prezident İdarəsi İsaak Hersoqun Azərbaycanın paytaxtı Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) COP29 İqlim Konfransına planlaşdırılan səfərini ləğv etdiyini açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR