Livanın xarici işlər naziri Abdullah Buhabib CNN telekanalına müsahibəsində Livandakı hazırkı vəziyyəti qorxulu adlandırıb və deyib: “Hizbullahı əvvəlki kimi razı sala bilmərik, çünki onlar çox ağır zərbə alıblar və cavab qaçılmazdır”.
Livan Hizbullahı bu gün səhər saatlarında sionist rejimin hərbi bazasına zərbə endirməsi, bir neçə işğalçı hərbçinin ölməsi və yaralanması ilə bağlı bəyanat yayıb.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasından əvvəl ölkəsinin İsraillə diplomatik əlaqələr qurmayacağını bir daha bəyan edib.