Yəmən ordusu: Ben Qurion hava limanını hipersonik raketlə vurduq

Yəmən ordusu: Ben Qurion hava limanını hipersonik raketlə vurduq

Yəmən Silahlı Qüvvələrinin Raket Bölməsi görünməmiş hərbi əməliyyat çərçivəsində işğal altındakı Yaffa bölgəsindəki Əl-Lüdd hava limanını (Ben Qurion hava limanı) “Fələstin-2” adlı hipersəs raketi ilə hədəfə alıb.

Az.rasthaber.com xəbər verir ki, o deyib ki, bu əməliyyat Allahın köməkliyi ilə hədəfini dəqiqliklə vuraraq uğurla keçdi. Nəticədə dörd milyondan çox sionist təhlükəsiz sığınacaqlara qaçmağa məcbur olub və hava limanına uçuşlar dayandırılıb.

Düşmənin Yəmənin təchizat xətlərini kəsməyə yönəlmiş planlarını və hərəkətlərini diqqətlə izləyirik. Biz və xalqımızın bütün şərəfli, səbirli və mücahid övladları Allahın lütfü ilə hər cür ayıq-sayıqıq və düşmənin müqavimətini qırmaq cəhdlərinin qarşısını almağa hazırıq.

Böyük Yəmən xalqı və onun silahlı qüvvələri məzlum Fələstin xalqına dəstəyini qətiyyətlə davam etdirəcək.

Düşmənin hücumları və Qəzzanı mühasirəyə alana qədər əməliyyatlarımız davam edəcək.

Xəbəri paylaş

VİDEOLAR