ABŞ-ın Texas ştatında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 109-a çatıb, 160-dan çox itkin düşmüş şəxsin axtarış-xilasetmə işləri davam etdirilir.
Az.rasthaber.com xəbər verir ki, Texas qubernatoru Gregg Abbott iyulun 4-də güclü yağışlar nəticəsində baş verən daşqınla bağlı mətbuata açıqlama verib.
Abbot əyalət üzrə daşqın nəticəsində ölənlərin sayının 109-a yüksəldiyini, təkcə Kerr dairəsində 161 nəfərin itkin düşdüyünü bildirib. Ölkə üzrə itkin düşənlərin ümumi sayı barədə məlumat verilməyib.
Abbott bütün itkin düşənlər tapılana qədər səylərin davam edəcəyini bildirib.
İyulun 4-də ABŞ-ın cənubunda Texas ştatında yağan qəfil leysan yağışlar Kerr qraflığında Qvadalupe çayının daşmasına və daşqınlara səbəb olub.
ABŞ prezidenti Donald Tramp Kerr dairəsini daşqın səbəbindən fəlakət bölgəsi elan edib.
Ştatdakı respublikaçı yerli rəsmilər, Trampın qənaət siyasəti çərçivəsində büdcəsi kəsilən Milli Hava Xidmətini fəlakətdən əvvəl adekvat xəbərdarlıq və dəqiq proqnozlar vermədiyinə görə tənqid edib.