Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın agentliklə əməkdaşlığı dayandırmaq qərarına reaksiya verib və Tehrandan rəsmi məlumat gözlədiklərini açıqlayıb.
Az.rasthaber.com xəbər veri rki, ötən həftə İran parlamenti ABŞ-ın İrandakı nüvə obyektlərinə hücumlarına cavab olaraq MAQATE ilə əməkdaşlığın dayandırılmasına dair iki mərhələli qanun layihəsini təsdiqləyib. Bu qanun Keşikçilər Şurasının təsdiqindən sonra bu gün prezident Məsud Pezeşkian tərəfindən rəsmi olaraq qüvvəyə minib.
Yeni qanuna əsasən, İran hökuməti nüvə obyektlərinin və alimlərin təhlükəsizliyi təmin olunana qədər agentliklə bütün əməkdaşlığı müvəqqəti olaraq dayandırmağa borcludur.
MAQATE məsələ ilə bağlı açıqlamasında bildirib: "Biz bu hadisələrdən xəbərdarıq. Bununla belə, İrandan rəsmi və ətraflı məlumat gözləyirik".