Əbu Ubeydə: Netanyahunun ən axmaq qərarı öz qüvvələrini Qəzzada saxlamaqdır

Əbu Ubeydə: Netanyahunun ən axmaq qərarı öz qüvvələrini Qəzzada saxlamaqdır

Şəhid İzzəddin əl-Qəssam briqadasının sözçüsü Beyt Hanundakı uğurlu əməliyyata və İsrail ordusuna vurulan zərbəyə toxunaraq vurğulayıb ki, baş nazir Binyamin Netanyahunun verə biləcəyi ən axmaq qərar öz qüvvələrini Qəzza zolağında saxlamaqdır.

Az.rasthaber.com xəbər verir ki, HƏMAS-ın hərbi qanadı olan Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə deyib: Beyt Hanunda keçirilən hibrid əməliyyat bizim igid döyüşçülərimizin işğalçı rejim ordusunun və onun cinayətkar briqadalarının zəif gücünə vurduğu yeni zərbə idi.


O əlavə edib: Bu zərbə işğalçı rejimin özü üçün təhlükəsiz olduğunu düşündüyü meydanlarda endirilib.

Əl-Qəssam Briqadalarının sözçüsü vurğuladı: Döyüşçülərimizin düşmənlə Qəzzanın şimalından cənubuna qədər davam edən döyüşü İsrail rejimini hər gün daha çox məğlubiyyətə uğradacaq. Bu rejim son zamanlar təəccüblü şəkildə əsgərlərini cəhənnəmdən xilas etdi və gələcəkdə bu cəhdində uğursuzluğa düçar ola bilər və daha çox əsir bizim əlimizə düşəcək.

Xəbəri paylaş

VİDEOLAR