Suriyada yeni administrasiyanın lideri Əhməd əl-Şara bəyan edib ki, Suriyanın Rusiya ilə ortaq strateji maraqları var.
Az.rasthaber.com xəbər verir ki, Əhməd əl-Şara Əl Ərəbiyyə televiziyasına verdiyi açıqlamada Suriya və Rusiyanın bir-birinə strateji maraqlarla bağlı olduğunu bildirib.
“Rusiya dünyanın ikinci ən güclü dövlətidir. Bu böyük əhəmiyyət kəsb edir" deyən Əl-Şara, yeni administrasiyanın Rusiyanın Suriya ilə münasibətlərinə uyğun gəlməyən şəkildə Suriyanı tərk etməsini istəmədiyini vurğuladı.