İranın Xarici İşlər Nazirliyinin sözçüsü bəzi KİV-lərin xəbərlərinə cavab olaraq deyib: İran İslam Respublikasının Dəməşqdəki səfirliyinin boşaldılması xəbəri doğru deyil.
İran Kosmik Təşkilatının rəhbəri İranın ən böyük və ən ağır kosmos yükünün orbitə müvəffəqiyyətlə yerləşdirilməsinə toxunaraq deyib: Bu buraxılışda “Saman 1” orbital ötürmə bloku Simurq peyk daşıyıcısı üzərində quraşdırılmış “Fəxr” peyki ilə birlikdə müvəffəqiyyətlə Orbitə buraxılıb. Bu, yüksək hündürlükdə peyk ötürülməsi üçün operativ addım hesab edilən Saman orbital ötürmə blokudur.
Xəbər mənbələri məlumat verib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Milli Şurasının rəhbəri Məhəmməd Dərvişin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.