İraqdakı Hizbullah Briqadaları Reuters agentliyinin “İraq müqavimət qrupları tərksilah olmağa hazırlaşır” xəbərini qəti şəkildə təkzib edib.
Az.rasthaber.com xəbər verir ki, Əl-Mayadeen-in məlumatına görə, Hizbullah Briqadaları bəyanat yayaraq, bazar ertəsi Reuters agentliyinin adı açıqlanmayan komandirə istinadən yaydığı xəbərin həqiqəti əks etdirmədiyini bildirib.
Mehr Xəbər Agentliyinin məlumatına görə, bəyanatda deyilir: "Rəsmi açıqlamalar yalnız hərəkatın sözçüsü vasitəsilə verilir. Bu cür dezinformasiyalara etibar etmək olmaz".
Reuters öz hesabatında İraqdakı bəzi silahlı qrupların ABŞ-ın yeni administrasiyası ilə gərginliyi artırmamaq üçün silahlarını yerə qoymağa hazır olduqlarını iddia etmişdi. Hizbullah Briqadaları bu iddianı “əsassız və qəsdən” adlandırıb.