Sionist İsrail mediası HƏMAS və İsrail arasında əsir mübadiləsi böhranının həll olunmaq üzrə olduğunu bildirib. Bildirilib ki, soyqırım İsraili atəşkəs şərtlərini yerinə yetirməməkdə ittiham edən Həmas əsir mübadiləsini dayandırmaqdan vaz keçib. HƏMAS-ın üç əsiri şənbə, fevralın 15-də azad edəcəyi gözlənilir.
Yəhudi Qüdrət partiyasının rəhbəri və sionist rejimin istefa vermiş daxili təhlükəsizlik naziri İtamar Ben Qver deyib: “Biz düşünülməmiş razılaşma və qorxaq hökumət qarşısındayıq.”
Qohumları Qəzza zolağında əsirlikdə olan israillilər Təl-Əvivdə HƏMAS ilə əsirlərin dəyişdirilməsi sazişinin tamamlanmasını tələb etmək üçün nümayiş keçiriblər.