İlon Mask tvitində bildirib ki, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) amerikalı insanlar tərəfindən ödənilmiş vergilərdən koronavirus (COVID-19) daxil olmaqla, bioloji silahlar üzrə tədqiqatları maliyyələşdirmək üçün istifadə edib və bu da, milyonlarla insanın ölümünə səbəb olub.
Az.rasthaber.com xəbər verir ki, bu tvit ABŞ prezidenti Donald Trampın USAID vasitəsilə beynəlxalq yardımı kəsmək qərarından sonra verilib. Mask da USAID-i “korrupsiya yuvası” adlandıraraq, bu qərarı dəstəkləyib. O, korrupsiya və daxili araşdırmalara maneçilik iddiaları səbəbindən agentliyin bağlanmasının lazım ola biləcəyini təklif edib.
Bu açıqlamalar və qərarlar geniş reaksiyalarla qarşılanıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Sərhədsiz Həkimlər Təşkilatı kimi qeyri-hökumət təşkilatları bu siyasətlərin qlobal humanitar nəticələri ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər və ABŞ-ın humanitar dəstəyinin kəsilməsinin bütün dünyada həssas əhaliyə fəlakətli təsir göstərə biləcəyi haqda xəbərdarlıq ediblər.