İran İordan Vadisində Qəzzə soyqırımının təkrarlanması ilə bağlı xəbərdarlıq edib

İran İordan Vadisində Qəzzə soyqırımının təkrarlanması ilə bağlı xəbərdarlıq edib

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai sionist rejimin İordan çayının qərb sahilində, o cümlədən Cenin düşərgəsindəki hücumlarının genişlənməsindən dərin narahatlığını ifadə edib, dinc əhalinin öldürülməsi, əsassız həbslər və insanların evlərinin dağıdılması da daxil olmaqla, törədilmiş cinayətləri pisləyib.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyin mətbuat katibi BMT-nin insan haqları qurumlarının, o cümlədən Fələstin İnsan Haqları üzrə xüsusi məruzəçisinin “Qəzzədə atəşkəs və beynəlxalq ictimaiyyətin səssizliyi olduğu halda, İsrailin İordan çayının qərb sahilinə qədər soyqırım kampaniyasını genişləndirməsi” ilə bağlı təkrar xəbərdarlıqlarına toxunaraq, işğalçı rejimin İordan çayının qərb sahilindəki iyrənc cinayətlərinin təkrarlanmasının qarşısını almaq üçün beynəlxalq ictimaiyyəti, xüsusilə İslam və region ölkələrini ciddi reaksiya verməyə çağırıb.

İsmayıl Bəqai BMT və onun Təhlükəsizlik Şurasının Fələstin soyqırımının bütün işğal olunmuş Fələstin ərazisinə yayılması ilə bağlı davam edən fəaliyyətsizliyindən dərin təəssüfləndiyini bildirib, soyqırım cinayətinin və digər iyrənc beynəlxalq cinayətlərin dayandırılması məqsədilə hüquqi və mənəvi məsuliyyətlərini yerinə yetirmək üçün bütün hökumətlərin ciddi səfərbər edilməsinin zəruriliyini vurğulayıb, Beynəlxalq Cinayət Məhkəməsinin, eləcə də beynəlxalq humanitar təşkilatların, xüsusilə Beynəlxalq Qızıl Xaç Komitəsinin və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının hazırda İordan çayının qərb sahilində və Qəzzədə baş verən görünməmiş fəlakətlərlə bağlı hüquqi və humanitar öhdəliklərini yerinə yetirməsi istiqamətində zəruriliyini qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR