İran: İsrailə cavab vermək hüququmuzu özümüzdə saxlayırıq

İran: İsrailə cavab vermək hüququmuzu özümüzdə saxlayırıq

İranın xarici işlər naziri Abbas Əraqçı İsrailin 26 oktyabrda hücumuna cavab vermək hüquqlarını saxladıqlarını, lakin Livan və İsrail arasında əldə olunan atəşkəs razılaşmasını da dəyərləndirdiklərini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın verdiyi məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçı Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak etmək üçün gəldiyi Portuqaliyada mətbuata İsrailə qarşı mümkün cavab hücumu barədə danışıb.

Əraqçı deyib:

"İranın keçən ay İsrailin hava hücumlarına cavab vermək hüququ var və biz də cavab vermək hüququnu özümüzdə saxlayırıq. Bununla belə, Livandakı atəşkəs razılaşması kimi bölgədəki digər inkişafları da dəyərləndirir".

Livan və İsrail arasında əldə edilən atəşkəs razılaşmasını alqışladıqlarını ifadə edən Əraqçi, razılaşmanın daimi atəşkəsə səbəb olacağına ümid etdiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR