İran prezidenti ABŞ-a səfər edəcək.
Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün sentyabrın 22-də ABŞ-ın Nyu-York şəhərinə səfər edəcək.
Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, İran Prezidenti Məsud Pezeşkian sentyabrın 24-də Baş Assambleyanın sessiyasında müxtəlif məsələlər üzrə İranın mövqeyinə, baxışına dair çıxış edəcək.