İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Suriyada son iki gündə baş verən hadisələrə münasibət bildirərək, Suriyada təkfirçi terrorçu qrupların yenidən aktivləşməsinə qarşı xəbərdarlıq edərək, bölgədə terrorun yayılmasının qarşısını almaq üçün qəti və koordinasiyalı addım atmağa çağırıb.
Az.rasthaber.com xəbər verir ki, İsmayıl Bəqayi cümə axşamı, 2024-cü il noyabrın 28-nə keçən gecə terrorizmin bütün forma və metodlarını qəti şəkildə pisləyərək, son iki gündə Suriyada terrorçu qrupların hərəkətlərini terrorçu rejim və ABŞ-ın Qərbi Asiya regionunda sabitliyi pozmaq üçün şər planının bir hissəsi hesab edib və region ölkələri arasında ayıq-sayıqlıq və koordinasiyaya ehtiyac olduğunu vurğuladı.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, Astana prosesinin qarantı olan üç ölkə (İran, Türkiyə və Rusiya) arasında mövcud razılaşmalara əsasən, Hələb və İdlib ətrafı gərginliyin azaldılması bölgələri hesab edilir və terrorçu qrupların bu ərazilərə hücumu Astana prosesinin razılaşmalarının kobud şəkildə pozulmasıdır və bu prosesin müsbət nailiyyətlərini ciddi risk altına atır.