İran İslam Respublikasının Xarici İşlər naziri Dəməşqdə Suriya Prezidenti Bəşər Əsədlə görüşərək ikitərəfli əlaqələri və regional hadisələri müzakirə edib.
Az.rasthaber.com xəbər verir ki, Seyid Abbas Əraqçi 1 dekabr bazar günü axşam saatlarında Suriya Respublikasının Prezidenti ilə görüşüb.
İran İslam Respublikasının Xarici İşlər naziri 1 dekabr bazar günü səhər saatlarında Tehrandan Dəməşqə getdi və 1 dekabr bazar günü axşam saatlarında Suriyanın paytaxtına gəldi.
Dəməşq Hava Limanına çatan Əraqçini Suriya rəsmiləri, İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri və digər İran rəsmiləri qarşılayıblar.
Seyid Abbas Əraqçi Suriya rəsmiləri ilə ikitərəfli əlaqələri, Suriyada terrorçu qrupların son hərəkətlərini, bu ölkənin hökuməti və xalqına dəstəyi müzakirə edəcək.