İranın Livandakı səfiri: Netanyahu atəşkəsi qəbul etməyə məcbur oldu

İranın Livandakı səfiri: Netanyahu atəşkəsi qəbul etməyə məcbur oldu

İran İslam Respublikasının Livandakı səfiri deyib: “Netanyahunun Hizbullahla atəşkəsi qəbul etməyə məcbur olmasının səbəbi bu idi ki, işğal altındakı Fələstinin şimalından gələn on minlərlə məcburi köçkünlə üzləşmişdi və son günlərdə Livan müqaviməti də “Beyruta qarşı Təl-Əviv” balansı yaratmağı bacardı.”

Az.rasthaber.com xəbər verir ki, Müctəba Əmani Livanda atəşkəsi izah etməklə yanaşı, Əl-Əqsa Tufanından sonra Hizbullahın Fələstinə dəstəyi ilə bağlı deyib: “Oktyabrın 7-də başlayan və Livan Hizbullahının işğal altındakı Fələstinin şimalından hücumlara başladığı 14 ay əvvəldən bəri, məqsəd Qəzzəyə qarşı hərbi təzyiq və təhdidlərin yükünü azaltmaq üçün Qəzzə xalqına dəstək olmaq və işğal olunmuş Fələstinin şimalında sionist rejimin hərbi qüvvələrini məşğul etmək və Netanyahunu HƏMAS-ı məhv etmək məqsədinə nail olmağa qoymamaq idi.”

 

Əmani müsahibəsinin davamında deyib: “Netanyahu yalnız Qəzzə ilə məşğul olacağını güman edirdi və HƏMAS-ı məhv edəcəyinə söz vermişdi, lakin Hizbullahın meydana girməsindən sonra problemlə üzləşdi.”

 

İranın Livandakı səfiri vurğulayıb: “Netanyahunun şəxsən Hizbullahla barışığı qəbul etməli olmasının səbəbi bu idi ki, o, işğal altındakı Fələstinin şimalından gələn on minlərlə məcburi köçkünlə üzləşmişdi və Livan müqaviməti son günlərdə “Beyruta qarşı Təl-Əviv” balansı qurmağı bacarmışdı.”

Xəbəri paylaş

VİDEOLAR