İranlı general: 10 illik müharibəyə hazırıq

İranlı general: 10 illik müharibəyə hazırıq

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, briqada generalı Məhəmmədrza Aştiani 12 günlük müharibə zamanı zədələnmiş hərbi texnikanın ciddi zədələnmədiyini, hətta 10 illik müharibəyə belə hazır olduqlarını bildirib.

Az.rasthaber.com xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, briqada generalı Məhəmmədrza Aştiani 12 günlük müharibə zamanı zədələnmiş hərbi texnikanın ciddi zədələnmədiyini, hətta 10 illik müharibəyə belə hazır olduqlarını bildirib.

İranın keçmiş müdafiə naziri Aştiani deyib:

"Əslində önəmli olan əhval-ruhiyyədir. Biz təcrübəliyik, təlim keçmişik, müasir texnikaya sahibik və yüksək əhval-ruhiyyəyə sahibik. Düşməni araşdırın; onların heç birində bunlar yoxdur. Onların avadanlıqları ola bilər, amma əhval-ruhiyyəsi yoxdur. Bizdə hər şey yerindədir".

Xəbəri paylaş

VİDEOLAR