"İsrail İrana hücuma cəsarət etsə, Tehran indikindən yüz dəfələrlə çox nüvə obyekti inşa edəcək"

ABŞ və İsrail İrana hücum etməyə cəsarət etsə, Tehran indikindən yüz dəfələrlə çox nüvə obyekti inşa edəcək.

Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Buşehr vilayətinə səfəri zamanı bildirib.

"ABŞ və İsrail bizim nüvə mərkəzlərimizə zərbə endirməklə hədələyir. Onlar binalara zərbə endirə bilər, lakin onları inşa edən "beyinləri" vura bilməzlər. Qoy yüz mərkəzə zərbə endirsinlər, minlərlə eyni mərkəz yenidən tikiləcək", - İran prezidenti qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR